...

ABŞ Dövlət Depertamenti Azərbaycanı insan alveri üzrə ölkələrin ikinci kateqoriyasına aid edib

Siyasət Materials 6 İyun 2006 18:36 (UTC +04:00)

ABŞ Dövlət Departamenti insan alveri haqqında illik məruzə çap edib. Trend in ABŞ dövlət departamentinin beynəlxalq informasiya proqramları bürosuna əsasən verdiyi xəbərə görə, Azərbaycan ölkələrin üç mövcud kateqoriyasından ikincisinə aid edilib.

Məruzənin müəllifləri ölkələrin ikinci kateqoriyasına bütün MDB ölkələrini, eyni zamanda Gürcüstan və Ermənistanı da aid edib. Onların fikrincə, bu ölkələr cinsi istismar məqsədi ilə əsasən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Türkiyəyə aparılan qadın və qızlar üçün mühüm mənbə, tranzit və təyinat ölkəsidir. Azərbaycan cinsi istismar və məcburi əmək məqsədi ilə insan alverinin obyekti olan kişi, qadın və uşaqlar üçün mənbə və tranzit ölkəsi adlandırılıb. Azərbaycanlı qurbanların əksəriyyəti cinsi istismar üçün Türkiyəyə və Fars körfəzi ölkələrinə aparılırdılar. Digər təyinat ölkələri arasında Rusiya, Almaniya və Yunanıstan da var.

Məruzədə qeyd olunub ki, Azərbaycan höküməti ticarətin aradan qaldırılması üçün minimal standartları tam olaraq icra etmir; lakin bu istiqamətdə çox mühüm tədbirlər görür. 2005-ci ildə hökümət antitraffikinq üzrə qanunvericilik təqdim edib, yeni milli koordinasiyaçı təyin edib, antitraffikinq üzrə polis ştatını tamamilə komplektləşdirib, antitraffikinq üzrə bəndlərin təkmilləşdirilməsini tamamlayıb və iki yeni "qaynar xətt" yaradıb. Məruzədə deyilir ki, hökümət qurbanların, onların sığınacağının reabilitasiyası üzrə tədbirlərin yaxşılaşdırılması üçün maliyyə vəsaitləri ayırmalıdır.

Məruzədə deyilir ki, 2005-ci ildə Azərbaycan höküməti insan alveri ilə mübarizə haqqında Qanun qəbul edib və Cinayət məcəlləsində 10-12 il cərimə nəzərdə tutan müvafiq düzəlişləri təsdiq edib. Araşdırılan dövr ərzində 160 cinayət işi açılıb, 153 cinayət təhqiqatı keçirilib və bu da 93 nəfərin mühakimə olunmasına səbəb olub. Bundan başqa, 26 nəfər cərimələnib, 10 nəfər isə şərti hökm alıb.

Sənəd ABŞ səfirlikləri, xarici ölkələrin hökümətlərinin vəzifəli şəxsləri, qeyri-hökümət və beynəlxalq təşkilatlar, tədqiqat mərkəzləri tərəfindən təqdim edilmiş məlumat əsasında hazırlanıb.

Xəbər lenti

Xəbər lenti