...

Vurğun Əyyub: "Müsavat Partiyası Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək"

Siyasət Materials 7 İyun 2006 12:52 (UTC +04:00)

Müsavat Partiyası millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladığı üçün Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcək. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

Qeyd edək ki, Apellyasiya Məhkəməsinin hakimi Fərhad Kərimov Müsavat Partiyasının millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası məsələsi ilə bağlı apellyasiya şikayətinə aprelin 26-da baxıb. Mayın sonlarında isə qərar adıçəkilən partiya rəhbərliyinə daxil olub. Sənəddə göstərilib ki, partiya Apellyasiya Məhkəməsinin qərarından yuxarı instansiyaya üç ay müddətində müraciət edə bilər.

V.Əyyub onu da bildirib ki, bu məsələ ilə partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası məşğuldur: "Partiya Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək".

Xəbər lenti

Xəbər lenti