Əgər dünya bazarında netfin qiyməti bir barelə görə $60 və daha yuxarı səviyyədə qalarsa, Azərbacyan "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi zamanı ümumi gəlirin təxminən 80% -ni əldə edər. Bu barədə, Trend agenqtliyinin məlumatına əsasən, BP Azərbaycan şirkətinin prezidenti Devid Vudvord Bakıda keçirilən "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı" adlı konfransda bəyan edib.
Onun sözlərinə görə, bu il gəlirli neftin satışından Azərbacyan təxminən $3 mlrd. əldə edəcək. "Əgər dünya bazarında netfin qiyməti bir barelə görə $60 və daha yuxarı səviyyədə qalarsa, Azərbacyanın gəliri növbəti illərdə iki dəfə artaraq 2009-cu ildə ÜMM-i 3 dəfə üstələyəcək" - deyə o bildirib.
O qeyd edib ki, neftin qiymətinin daimi inflyasiyasına baxmayaraq, karbohidrogenlərin "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında karbohidrogenlərin hasilat dəyəri dəyişməz qalaraq 1 barelə görə $4,4 və 1 barel neft ekvivalentinə görə $2,75 təşkil edir.
AÇG yatağının işlənməsinin sonuna qədər kapital qoyuluşlarının həcmi $20 mlrd. təşkil edəcək. Yatağın ehtiyatları 5,4 mlrd. Barel təşkil edir. O deyib ki, $3,9 mlrd həcmində BTC kəmərinin tikintisi başa çatdırılıb. Bu vəsaitin 2/3 beynəlxalq maliyyə institutları tərəfindən qoyulub.
D. Vudvordun dediklərinə görə, Azərbaycan hökumətinin qarşısında böyük vəzifə durur. Xüsusilə, hasilat sahəsində şəffaflığın təminatı və ARDNF-nin vəsaitlərinin səməri istifadəsi, inflyasiyanın qarşısının alınması üçün ağıllı marki-iqtisadi siyasətin yürüdülməsi, sağlam rəqabətin genişləndirilməsi, sahibkarlığın inkişafına yardım göstərilməsi və s.