...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi Sədrlər Şurasının növbəti toplantısı keçirilib

Siyasət Materials 7 İyun 2006 15:36 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) Sədrlər Şurasının iyunun 7-də keçirilən növbəti toplantısında üç məsələ müzakirə olunub. Bu barədə Trend ə MSƏM-də təmsil olan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin əvəzi Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov bildirib ki, müzakirəyə çıxarılan ilk məsələ Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı repressiyaların davam etdirilməsi ilə bağlı olub: "Soydaşlarımızın həbslərinin davam etdirilməsinə etiraz olaraq bəyanat qəbul etdik və bu addımını qarşısını almıqdan ötrü bütün səylərimizi birləşdirməyə qərarlaşdırdıq".

AMİP rəsmisi onu da bildirib ki, Azərbaycandakı ictimai-siyasi vəziyyət də müzakirə olunu: "Xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan Ermənistan prezidentlərinin Buxarestdə son görüşünün nəticələrini müzakirə etdik". A.Rüstəmov onu da bildirib ki, sonuncu müzakirə olunan məsələ isə İranın "TV-1" kanalında Azərbaycanı aqressiv ölkə və Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etməsi olub: "Biz bunu Azərbaycanın ərazi bütövlüyünü İran dövləti tərəfindən şübhə altına almaq kimi qiymətləndiririk və buna kəsin etiraz edirik".

Qeyd edək ki, MSƏM-də dörd siyasi partiya və bir hərəkat təmsil olunur.

Xəbər lenti

Xəbər lenti