...

Sabir Rüstəmxanlı: "Bakı meriyası DAK-ın mitinqinə icazə verməzsə geniş konfrans keçirməklə Güneydə baş verənlərə münasibət bildirəcəyik"

Siyasət Materials 8 İyun 2006 12:56 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlıları Konqresinin (DAK) "Qələbə" meydanında planlaşdırdığı mitinqinə icazə verməsə, onda geniş konfrans keçirmək məcburiyyətində qalacağıq. Bu barədə Trend ə DAK Məclisinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, DAK Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz ələaməti olaraq iyunun 9-da "Qələbə" meydanında mitinq planlaşdırıb. Bununla bağlı Bakı meriyasına müraciət ünvanlayıb. Ancaq hələlik meriyadan DAK-ın müraciətinə cavab verilməyib. S.Rüstəmxanlı onu da qeyd edib ki, DAK planlaşdırdığı mitinqdə iştirak etmək üçün müxtəlif siyasi qüvvələrə də müraciət edib.

S.Rüstəmxanlı onu da bildirib ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı məsələyə hansı yolla olursa-olsun münasibət bildirməliyik: "Gyneüdə baş verənləri diqqət mərkəzində saxlamalıyıq". DAK Məclisinin sədri onu da vurğulayıb ki, əgər Bakı meriyası "Qələbə" meydanını məsləhət görmürsə digər meydan və yerlərdə mitinq keçirməyə onlara icazə verə bilər.

Xəbər lenti

Xəbər lenti