...

Nazir: İsrail Azərbaycanla enerji daşıyıcılarının çatdırılması barədə uzunmüddətli saziş imzalamaqda maraqlıdır

Siyasət Materials 8 İyun 2006 17:47 (UTC +04:00)
Nazir: İsrail Azərbaycanla enerji daşıyıcılarının çatdırılması barədə uzunmüddətli saziş imzalamaqda maraqlıdır

İsrail Azərbaycanla neftin çatdırılması barədə uzunmüddətli saziş imzalamaqda maraqlıdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İsrailin milli infrastruktur naziri Benyamin Ben-Eliezer iyunun 8-də Bakıda keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, onunla yanaşı Bakıya energetika sahəsində çalışan iri şirkətləri təmsil edən nümayəndələr gəlib. Nazirin sözlərinə görə, o, əlindən gələni edib, indi növbə özəl sektorundur.

"Yəni SOCAR, BP, İsrail şirkətlərinin özləri əməkdaşlıq əlaqələri qurmalıdır. Və artıq növbəti mərhələdə qaz və neftin çatdırılması məsələsi müzakirə olunacaq" - deyə o qeyd edib. Nazir İsrailə Misir təbii qazının çatdırılması haqqında sazişi misal gətirib. Bu saziş 55 il müddətində mavi yanacağın İsrailə çatdırılmasını nəzərdə tutur ki, bu proses də 2007-ci ildə başlanacaq.

Eyni zamanda nazir bildirib ki, İsraillə Azərbaycanın ümumi maraqları çoxdur. "Biz sadəcə Azərbaycanlı həmkarlarımıza öz təcrübəmizi təklif edirik. Bu, tikinti və kənd təsərrüfatı da daxil olmaqla, bir sıra məsələlərə aiddir" - deyə qonaq vurğulayıb. İsrailli nazir xarici sahibkarların Azərbaycanda maneəsiz fəaliyyətindən razılıq edib.

Xəbər lenti

Xəbər lenti