...

Naxçıvanda akademik Rudolf İvanovun 75 illiyi qeyd olnundu

Siyasət Materials 8 İyun 2006 18:01 (UTC +04:00)

Bu gün Naxçıvan şəhər icra hakimiyyətinin akt zalıında hərbi tarixçi, alim və yazıçı-publisist Rudolf İvanovun anadan olmasının 75 illik yubiley mərasimi keçirildi. Tədbirin ilk sözünü Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayil Hacıyev açdı. O R.İvanovun həyat və fəaliyyəti haqqında danışdı.

Sonra çıxış edən Naxçıvan Dövlət universitetinin rektoru, akademik İsa Həbibbəyli R.İvanovun Naxçıvan sərkərdərləri haqqında yazdığı kitablardan və hazırda Naxçıvanın ilk generalı olmuş Cəmşid Naxçıvanski adına arxiv materialları toplamasından danışdı. Tədbirdə çıxış edənlər R.İvanova uzun ömür, yaradıcılıq uğurları arzulayıb.

Sonda R.İvanov keçirilən yubiley tədbiri üçün Naxçıvan rəhbərliyinə öz təşəkkürünü bildirib, Naxçıvanın yetirdiyi görkəmli şəxsiyyətlər haqqında danışıb, Naxçıvanı çox sevdiyini söyləyib, bu qədim diyarın qonaqpərvərliyindən söz açıb.

Xəbər lenti

Xəbər lenti