...

Azərbaycan XİN Livanla münasibətdə diplomatik demarş tətbiq etmək niyyətindədir

Siyasət Materials 9 İyun 2006 12:46 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Livana qarşı diplomatik demarş tətbiq etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan XİN-in İnformasiya və Mətbuat İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Xatırladaq ki, Livan prezidenti Emil Lahudun saytında onun baş katib Hovik Mahtaryanın (Hovik Makhtarian) başçılıq etdiyi Ermənistanın "Daşnaksütun" partiyasının nümayəndə heyəti ilə görüşü barədə məlumat yerləşdirilib. Məlumata görə, görüşdə Georgi Petrosyanın başçılıq etdiyi, Ermənistanın "Dağlıq Qarabağ" regionunun nümayəndə heyəti bu ölkənin Livandakı səfiri Sergey Əmirhanyan və başqaları da iştirak edib.

T.Tağızadə bildirib ki, Azərbaycan XİN vəziyyəti öyrənib müvafiq tədbirlər görəcək.

Xəbər lenti

Xəbər lenti