...

Milli Məclisin iki üzvü Xorvatiyadadır

Siyasət Materials 12 İyun 2006 12:02 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyat Səmədzadə və deputat Dünyamin Xəlilov Xorvatiya Sənayeçilər və Sahibkarlar İttifaqının (İNGRA təşkilatı) dəvəti ilə iyunun 11-də Zaqreb şəhərinə səfərə gedib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Səfər müddətində nümayəndə heyətimiz Xorvatiya parlamentində, Xarici İşlər Nazirliyində, Dövlət Neft Şirkətində, Sahibkarlar Palatasında görüşlər keçirəcək, bir sıra iri fabrik və müəssisələrin işi ilə yaxından tanış olacaqlar.

Görüşlərdə deputatlarımız cari ildə Bakıda Xorvatiya sənaye məhsulları səgrisinin təşkili, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Səfər iyunun 14-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti