...

Azərbaycan prezidenti "Aqo" qrupunun nümayəndə heyətini qəbul edib

Siyasət Materials 13 İyun 2006 20:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 13-də Roland Vegener başda olmaqla Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupu nümayəndə heyətini qəbul edib. Trend agentliyinin məlumatına əsasən, qonaq deyib ki, Avropa Şurası Azərbaycanda gedən prosesləri diqqətlə izləyir. Təkrar parlament seçkilərinə toxunan R.Vegener qeyd edib ki, onlar çox yüksək səviyyədə keçirilib. O həmçinin bildirib ki, Azərbacyan hökumətinin seçki qanunverigiliyinin təkmilləşdirilməsilə əlaqədar Venesiya Komissiyası ilə məsləhətləşmələr aparmasını alqışlayır.

Prezident İlham Əliyev vurğulayıb ki, bu səfər hazırkı vəziyyətin və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün əlverişli şərait yaradır. Səfər zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti