...

ATƏT PA-nın yay sessiyasında Azərbaycanda milli azlıqlarla bağlı məsələyə də baxılacaq

Siyasət Materials 16 İyun 2006 15:53 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasının iyulda Brüsseldə keçiriləcək sessiyasında Azərbaycanda milli azlıqlarla bağlı məsələyə də baxılacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri, ATƏT PA-dakü nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova bildirib.

Qeyd edək ki, iyulun 3-7-də qurumun Brüsseldə keçiriləcək yay sessiyasında "ATƏT regionunda insanların təhlükəsizliyinin təmin olunması" mövzusunda Azərbaycanın nümayəndə heyəti çıxışlar hazırlayacaq.

R.Aslanova bildirib ki, Azərbaycanda milli azlıqlarla bağlı problem yoxdur və ölkəmiz bu sahədə model dövlət kimi təqdim edilə bilər. Yaxın vaxtlarda BMT-nin milli azlıqlar üzrə komissarının nümayəndələrinin Bakıya səfəri gözlənilir.

R.Aslanova onu da vurğulayıb ki, Azərbaycanda milli azlıqlar haqqında qanunun qəbul edilməsinə də ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti