...

Ayaz Rüstəmov: "AMİP-in qurultayına heç bir qonaq dəvət olunmayacaq"

Siyasət Materials 16 İyun 2006 18:12 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) iyunun 25-də saat 10.00-da "Hyatt Recensi" otelində keçirəcəyi qurultayına heç bir partiya sədrini qonaq qismində dəvət etməyəcək. Bu barədə Trend ə AMİP sədrinin əvəzi, partiyanın Mərkəzi Şurasının sədri Ayaz Rüstəmov bildirib.

AMİP sədrinin əvəzi bildirib ki, qurultayda yalnız media nümayəndələri dəvətlidirlər: "Qərara almışıq ki, heç bir partiya sədrini qurultayımıza dəvət etməyək. Çünki yaddan çıxa biləcək partiya sədri ola bilər ki, sonradan bizdən inciyər. Heç təmsil olduğumuz Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə daxil olan partiya rəhbərlərini belə qurultayımıza dəvət etməmişik. Ancaq bir müttəfiq kimi onlar tədbirimizdə iştirak edəcəklər".

A.Rüstəmov onu da qeyd edib ki, qurultayda 400-ə yaxın nümayəndə iştirak edəcək: "Əsasən Mərkəzi Şura və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyənləşdiriləcək, Daha sonra isə partiyanın nizamnaməsinə əlavələr təsdiqlənəcək, bundan sonra isə sədrin seçilməsi məsələsi müzakirə olunacaq".

A.Rüstəmov onu da bildirib ki, partiya sədrliyinə hələlik ü namizəd var - partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucov, Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov və Binəqədi rayon təşkilatının keçmiş sədri Yəhya Həsənov. "Özünüz necə, sədrliyə namizədliyinizi verəcəksinizmi" sualımızı isə A.Rüstəmov belə cavablandırıb: "Nizamnaməyə etdiyim təkliflər qəbul edilərsə, bu haqda düşünərəm".

Xəbər lenti

Xəbər lenti