...

Abdulla Gül: İKT XİN başçıları Azərbaycan ərazilərinin erməni işğalından azad olunmasına xüsusi diqqət ayırır

Siyasət Materials 19 İyun 2006 13:35 (UTC +04:00)

İslam Konfransı Təşkilatı (İTK) ölkələrinin XİN başçıları Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması faktına xüsusi diqqət ayırıb. Trend in verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Abdulla Gül iyunun 19-da Bakıda jurnalistlərə verdiyi msahibəsində bilidirb.

"Bu günkü iclasda çıxış edən hər kəs Dağlıq Qarabağ münaqişəsində Bakının mövqeyini dəstəkləyib. Mən Ermənistan - Azərbaycan münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zərurətini xüsusi qeyd etdim", - deyə A.Gül bildirib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinə dair İTK ekspertləri səviyyəsində razılaşdırılmış ciddi sənəd hazırlanıb.

Bununla yanaşı, Türkiyə xarici siyasət idarəsinin başçısı İTK XİN başçılarının Kipr problemini müzakirə etmələrinin mühümlüyünü qeyd edib. "Biz bu problemin həllinin layihəsini hazırlamışıq və mənim fikrimcə, bu layihə görüş iştirakçıları tərəfindən qəbul olunacaq", - deyə A.Gül bildirib və qeyd edib ki, dünyanın 47 ölkəsini özündə birləşdirən təşkilat çərçivəsində islam dünyasının ən mühüm problemlərinin müzakirəsinin rolu böyükdür.

Türkiyə XİN başçısı Şimali Kiprin təcridinin ləğvi istiqamətində dünyanın bir çox ölkələrinin dəstəyini xüsusi olaraq qeyd edib. Buna misal Şimali Kipr Türk Respublikası nazirinin İTK XİN başçılarının Bakıda keçirilən bu günkü görüşündə iştirakıdır.

Xəbər lenti

Xəbər lenti