...

Axalkalakidəki Rusiya bazasından hərbi texnika aparan növbəti eşelon iyunun 20-də Gürcüstandan yola düşəcək

Siyasət Materials 19 İyun 2006 14:16 (UTC +04:00)

Axalkalakidəki Rusiya bazasından hərbi texnika aparan növbəti eşelon iyunun 20-də Azərbaycandan keçməklə, Rusiyaya yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən xəbər verilib.

Tərtib olunmuş qrafikə əsasən, Rusiyanın 62-ci bazasından aparılan yük Moskva saatı ilə 09.00-da Salka dəmiryolu stansiyasından yola düşəcək. Bu yük 17.00-da Azərbaycan sərhəddini keçərək, iyunun 21-də saat 11.00-da Rusiya sərhəddinə çatmalıdır. Eşelon 22 vaqondan ibarətdir. Bu vaqonlarda 17 ədəd "Kub" HHM raketi və onlara aid müxtəlif maşınlar olacaq. Bir vaqon qarovul üçün nəzərdə tutulub və bu vaqonda 1 zabit və 6 əsgər olacaq.

Bu günə qədər Rusiyaya, Azərbaycandan keçməklə, mayın 15-i, 25-i, 30-u, iyunun 6-ı və 13-ü beş partiya hərbi texnika göndərilib. Növbəti partiya iyunun 27-də göndəriləcək. Azərbaycan ərazisindən ümumilikdə 22 eşelon (400 vaqon) keçməlidir.

Xəbər lenti

Xəbər lenti