...

DAK Bəzz qalasına yürüşün qarşısı alınacağı təqdirdə Güney Azərbaycanın bütün şəhərlərində aksiylar keçirəcək

Siyasət Materials 19 İyun 2006 15:20 (UTC +04:00)

İran hökuməti Bəzz qalasına yürüşə maneçilik törətməyə cəhd göstərsə, Güney Azərbaycanın bütün şəhərlərində etiraz aksiyaları keçiriləcək. Bu barədə Trend ə DAK-dan bildiriblər.

Qeyd edək ki, hər il iyunun 29-30-da Güney Azərbaycan fəalları Bəzz qalasına yürüş edirlər. DAK-dan bildiriblər ki, yürüşün tarixi və yeri dəyişdirilməyib. Ancaq İran hökuməti bu yürüşün qarşısını kəsməyə cəhd göstərsə onda Güney Azərbaycanın bütün şəhərlərində etiraz aksiyaları keçiriləcək.

Güney Azərbaycanın fəalları əvvəlcə Ərdəbil və Məşqində toplaşacaq, daha sonra Əhərə və Kəleybərə gedəcək, oradan isə qalaya yürüş edəcəklər.

Bəzz qalasına yürüşdən sonra Güney Azərbaycanın şəhərlərində atəşfəşanlıq planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti