...

9 islam dövlətinin nümayəndəsi İranda İraq ətrafındakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 20 İyun 2006 17:22 (UTC +04:00)

İraqla həmsərhəd 8 dövlətin nümayəndəsi və Misir lideri iyulun 8-də İraq ətrafındakı vəziyyəti müzakirə etmək üçün İrana toplaşacaqlar. Trend in verdiyi xəbərə görə, bu barədə İranın Xarici İşlər naziri Monuçöhr Möttəki iyunun 20-də Bakıda keçirilən mətbuat konfransında bildirib.

İranın XİN başçısı qeyd edib ki, bu qərar İTK XİN başçılarının Azərbaycanda keçirilən 33-cü iclasının gedişində qəbul olunub. M.Möttəkinin sözlərinə görə, bu görüşdə iştirak etmək üçün İslam Konfransı Təşkilatının (İTK) baş naziri Əkmələddin İhsanoğlu və Ərəb Dövlətləri Liqasının nümayəndələri dəvət olunublar.

"İran İraqda sabitliyin bərpası və terror aktlarının dərhal dayandırılmasının tərəfdarıdır", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti