...

Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə yeni direktoru ADP-də görüş keçirib

Siyasət Materials 20 İyun 2006 19:50 (UTC +04:00)

İyunun 20-də Azərbaycan Demokrat Partiyasının (ADP) mərkəzi qərərgahında partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlu ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə yeni direktoru xanım Emi Şultsla görüşüb. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Görüş Azərbaycana yeni gəlmiş MDİ-nin ölkə üzrə direktoru ilə tanışlıq xarakteri daşıyıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda görüşdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, 2006-cı il parlament seçkilərinin nəticələri, Azərbaycanda demokratikləşmə ilə bağlı problemlərə dair ABŞ-ın mövqeyi, gözlənilən seçkilərə müxalifətin münasibəti və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti