...

VHP-nin Muğan bölgə təşkilatlarının toplantısı keçirilib

Siyasət Materials 21 İyun 2006 14:31 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Muğan bölgə təşkilatlarının Əlaqələndirmə Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə VHP-nin mətbuat xidmətindən bildiriblər.

Toplantıda partiyanın Əlibayramlı, Salyan, Sabirabad, Neftçala, Kürdəmir, Saatlı, Biləsuvar şəhər və rayon təşkilatlarının nümayəndələri iştirak ediblər.

Yığıncaqda təşkilati məsələlər, rayon təşkilatlarının qarşısında duran işlər, bölgədəki ictimai-siyasi vəziyyət və rayonların ekoloji durumu müzakirə edilib.

Bölgəyə daxil olan digər rayon təşkilatlarının rəhbərlərinin çıxışları olub. Çıxışlarda bölgədəki ictimai-siyasi proseslərlə yanaşı, əhalini ciddi narahat edən digər qayğılar barədə də ətraflı məlumat verilib. VHP Salyan rayon təşkilatının sədri Sərdar Sadıqov son illər Kür çayının daşması nəticəsində rayonun kənd təsərrüfatına, məişətinə və ekologiyasına dəyən ziyandan danışıb. VHP Neftçala rayon təşkilatının sədri Zahir Əliyev da Kür çayının rayona vurduğu ziyandan danışıb və qeyd edib ki, Salyandakı durum eynən Neftçalada da höküm sürür.

Təşkilat sədri çıxışında təşkilat daxili məsələlərdən də danışıb və qeyd edib ki, rayonda fəaliyyət göstərən yeganə müxalifət partiyası demək olar ki, yalnız VHP-dir. Toplantıda qarşıdan gələn təkrar bələdiyyə seçkiləri, təşkilatların qarşılarında duran məsələlər və digər proseslər müzakirə edilib.

Toplantıda bir sıra təşkilati məsələlərə də baxılıb, İnqlab Qasımov VHP Müğan bölgə təşkilatlarının Əlaqələndirmə Şurasının icraçı katibi seçilib.

Xəbər lenti

Xəbər lenti