...

Berndə Azərbaycan-İsveçrə məsləhətləşmələri aparılacaq

Siyasət Materials 21 İyun 2006 15:44 (UTC +04:00)

İyunun 21-də Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Bernə (İsveçrə) işgüzar səfəri başlayır. Bu barədə Trend ə eksklüziv olaraq M.Məmmədquliyevin özü məlumat verib.

Onun sözlərinə görə, səfər proqramına İsveçrənin rəsmi şəxsləri ilə bir sıra görüşlər daxildir. Xüsusilə İsveçrənin dövlət katibi, İnkişaf və Əməkdaşlıq Agentliyinin rəhbəri, bü ölkənin ÜTT-də baş elçisi ilə görüşlər planlaşdırılıb. Görüşlər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq, insan haqları sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı məsələlər diqqət mərkəzində olacaq.

Xatırladaq ki, diplomat Bernə BMT-nin İnsan Haqları Şurasının 1-ci sessiyasında iştirak etmək üçün səfər etdiyi Cenevrədən yola düşəcək.

Xəbər lenti

Xəbər lenti