...

Tovuzda istehsalda artım 8 faizdir

Siyasət Materials 21 İyun 2006 16:19 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin Tovuz rayon şöbəsindən verilən məlumata əsasən, 2006-cı ilin ötən dövrü ərzində rayon iqtisadiyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 828,5 min və ya 8,3 faiz artaraq 10758,1 min manat təşkil edib. Məhsul və xidmətlərin ümumi həcminin 52,9 faizi istehsal sahələrinin, 47,1 faizi isə xidmət sahələrinin payına düşür. İlin əvvəlindən bu günə qələr sənayedə 821,8 min manatlıq və ya ümumi məhsulun 7,6 faizi qədər, kənd təsərrüfatında 3281 min manatlıq (30,5 faiz), tikintidə 1586 min manatlıq (14,8 faiz), nəqliyatda və rabitədə 832,3 min manatlıq (7,7 faiz), ticarət və xidmət sahələrində 4237 min manatlıq (39,4 faiz) məhsul və xidmətlər istehsal edilib.

Xəbər lenti

Xəbər lenti