Azərbaycan prezidenti İlham Əliyev iyulun 22-də Müdafiə Nazirliyi mərkəzi hərbi hospitalının cərrahiyyə şöbəsinin açılışında iştirak edib. Trend in xəbər verdiyi kimi, korpus Bakının Nəsimi rayonunda yerləşir.
Mərasimdə bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş belə hərbi klinika MDB-də ilk dəfədir ki, işə salınıb. 300 çarpayılıq altı mərtəbəli klinika 11 əməliyyat otağından ibarətdir və 14 rentgen aparatı ilə təchiz olunub. Klinika 8 reanimobildən də istifadə edə biləcək.
İlham Əliyev Goradil qəsəbəsində hərbi qulluqçular üçün yeni istirahət evinin açılış mərasimində də iştirak edib.
Tədbirlər iyunun 26-da ölkədə qeyd olunan Milli Ordu gününə həsr olunub.