NATO baş katibinin müavini Jan Furne (Jean Fournet) iyulun 3-4-də Azərbaycana səfər edəcək. Bu barədə Trend ə NATO-dakı Azərbaycan missiyasının mətbuat attaşesi Leyla Abdullayeva bildirib.
J.Furnenin səfəri cari il iyulun 3-8-də keçiriləcək növbəti "NATO həftəsi" ilə eyni vaxtda olacaq. Həftə çərçivəsində ənənəvi olaraq NATO-nun beynəlxalq məktəbi təşkil olunacaq. NİSA adlı məktəb (NATO International School in Azerbaijan) artıq 4-cü ildir ki, keçirilir. Bu tədbirdə Azərbaycan tələbələri ilə yanaşı NATO dövlətlərinin və tərəfdaş ölkələrin nümayəndələri iştirak edəcək.
Həmçinin iyulun 3-də Melanj layihəsi üzrə (Azərbaycanda keçmiş Sovet ordusundan qalmış raketlərin məhvi) beynəlxalq simpoziumun keçirilməsi, iyulun 4-də isə bu layihənin açılışı nəzərdə tutulub. Bundan başqa, iyulun 6-7-də Bakıda Avropa - Atlantika əməkdaşlığı üzrə Şura çərçivəsində keçiriləcək terrorla mübarizə üzrə iş seminarı olacaq.