...

Böyük Quruluş Partiyasının qurultayında struktur dəyişiklikləri olacaq

Siyasət Materials 22 İyun 2006 18:49 (UTC +04:00)

Böyük Quruluş Partiyasının (BQP) növbəti qurultayı sentyabrın ikinci on günlüyündə keçiriləcək. Trend xəbər verir ki, bu barədə BQP-nin sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

BQP sədri onu da qeyd edib ki, qurultay öncəsi partiyanın yerli təşkilatlarında keçirilən yonfranslar artıq başa çatmaq üzrədir. Konfranslar iyul-avqust aylarıda başa çatdırılacaq. Partiya sədri bildirib ki, məramnamədə dəyişiklik olunacaq: "Yenidən qeydiyyat məsələsi olmasın deyə partiyanın nizamnaməsində dəyişiklik olunmayacaq". F.Qəzənfəroğlu onu da vurğulayıb ki, qurultayda yeni struktur formalaşdırılacaq: "Ali Məclis buraxılacaq, Siyasi Qurula yeni üzvlər seçiləcək".

F.Qəzənfəroğlu bildirib ki, məramnamədə əsasən partiyanın liberal-demokratik dəyərlər prinsipi ilə fəaliyyət göstərəcəyi öz əksini tapacaq. Qurultayda partiya sədrliyinə namizədliyinin verib verməyəcəyi ilə bağlı sualımızı da cavablandırıb. Bildirib ki, hələ qocalmayıb və yorulmayıb. Buna görə də sədrliyə namizədliyini verəcək. F.Qəzənfəroğlu onu da vurğulayıb ki, qurultaya xaricdən də qonaqlar dəvət olunacaq.

Xəbər lenti

Xəbər lenti