Yaxın vaxtlarda dövldət qulluqçularının əmək haqları artırılacaq. Trend "Lider" TV-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev məlumat verib.
R.Mehdiyevin fikrincə, dövlət qulluqçularının əmək haqlarının artırılması korrupsiyanın qarşısının alınmasına kömək edəcək. "Dövlət strukturlarında işləyənlərin maaşları, onların vəzifə əmək haqları demək olar ki, normaldır. Gələcəkdə ümumiyyətlə maaşlar artırılacaq, bütün strukturlarda olduğu kimi dövlət strukturlarında da maaşların artırılması nəzərdə tutulub" - deyə R.Mehdiyev söyləyib.
R.Mehdiyev bildirib ki, dövlət qulluqçularının əmək haqlarının artırılması tədricən həyata keçiriləcək.