...

Mərkəzi Seçki Komissiyasında seminar-müşavirə keçirilib

Siyasət Materials 24 İyun 2006 12:40 (UTC +04:00)

Bu il oktyabrın 6-da Azərbaycanda keçiriləcək təkrar, əlavə, yeni, ilk bələdiyyə seçkiləri ilə bağlı iyunun 24-də Mərkəzi Seçki Komissiyasında seminar-müşavirə keçirilib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seminar-müşavirədə bələdiyyə seçkilərinin keçiriləcəyi dairə seçki komissiyalarının sədrləri, katibləri iştirak ediblər. Seminar-müşavirədə əsasən iki mövzu üzrə MSK üzvlərinin məruzələri dinlənilib. Birinci məruzə bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, imza toplanması və imza vərəqələrinin təqdim olunması, namizədlərin, onların səlahiyyətli nümayəndələrinin sənədlərin yoxlanması prosedurları haqqında olub. Digər məruzə isə bələdiyyə seçkilərində namizəd irəli sürmüş siyasi partiya və blokların maliyyə hesablarının açılması və istifadə olunmasında aşkarlığın təmin edilməsi barədə idi.

MSK seçkilərlə bağlı aşağı komissiya üzvlərinin maarifləndirilməsi üçün seminar-müşavirələri davam etdirməyi, bu tədbirləri bölgələrdə də keçirməyi nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti