...

Bələdiyyə seçkisində iştirak edən 88 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

Siyasət Materials 27 İyun 2006 18:38 (UTC +04:00)

Oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 88 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

88 nəfərdən 84-ü artıq imza vərəqələrini götürüb. Onlardan 57 nəfəri namizədliyini özü verib, 27 nəfərin namizədliyi isə siyasi partiyalar tərəfindən irəli sürülüb. Namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərdən 46 nəfəri bitərəfdir. Qalanları isə siyasi partiyaların üzvləridir. 36 nəfər Yeni Azərbaycan Partiyasının (YAP), 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasının (VHP), 1-i isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzüdür.

Qeyd edək ki, 604 bələdiyyə üzrə 1942 yerə seçki keçirilir.

Xəbər lenti

Xəbər lenti