...

Axalkalakidəki Rusiya bazasından hərbi texnika aparan eşelon Azərbaycan sərhədini 17.00-da keçib

Siyasət Materials 27 İyun 2006 18:48 (UTC +04:00)

Axalkalakidəki Rusiya bazasından hərbi texnika aparan növbəti eşelon iyunun 27-də Azərbaycan ərazisindən keçməklə, Rusiyaya yola düşüb. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən xəbər veriblər.

Müəyyən olunmuş qrafikə əsasən, Rusiyanın 62-ci hərbi bazasından yük Moskva vaxtı ilə 09.00-da Salka dəmiryolu stansiyasından yola düşüb, Azərbaycan sərhəddini 17.00-da keçib və Rusiya sərhəddinə iyunun 28-də saat 11.00-da çatmalıdır. Əvvəlcə eşelonun 17 vaqondan ibarət olacağı planlaşdırılırdı, lakin Rusiya tərəfinin xahişi ilə eşelona daha 11 əlavə vaqon qoşulub. Eşelon 22 ədəd (122 millimetr) "Qvozdika" 2C1 özüyeriyən- artilleriya qurğusundan, 1 ədəd ehtiyat hissələri aparan vaqondan ibarətdir. Dörd vaqonda atıcılıq silahı, birində isə qarovul (1 zabit və 7 əsgər) aparılır.

İndiyədək Azərbaycandan keçməklə Rusiyaya altı partiya silah göndərilib - mayın 15-də, 25-də, 30-da, iyunun 6-da, 13-də və 20-də. Növbəti partiya iyulun 3-də göndəriləcək. Azərbaycan ərazisindən cəmi 22 eşelon keçməlidir (400 vaqon).

Batumidəki 12-ci Rusiya bazasından növbəti silah partiyası iyunun 28-də Gümriyə göndəriləcək. Eşelon avtomobil texnikası və əmlakından ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti