...

Bakıda Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının yaranması layihəsi üzrə işçi qrupun dördüncü iclası başlanıb

Siyasət Materials 28 İyun 2006 13:21 (UTC +04:00)

İyunun 28-də Bakıda Azərbaycanın Milli bələdiyyələr assosiasiyasının (MBA) yaranma layihəsi üzrə işçi qrupun dördüncü iclası başlanıb.

25 bələdiyyə üzvünün daxil olduğu MBA-nın işçi qrupu AŞ-ın Yerli və regional özünüidarə orqanları konqresinin (KMPB) dəstəyi ilə yaradılıb. Assosiasiya nizamnaməsinin son layihəsi 2007-ci ilin yanvar ayında keçiriləcək MBA-nın rəhbər qrupunun seminarının müzakirəsinə veriləcək, sonra isə layihə MBA-nın Rəhbər Forumunun təsdiqinə göndəriləcək.

Bu il mayın 6-7-də Bakıda işçi qrupun üçüncü görüşü olub. MBA-nın yaranması üzrə proqramın layihə direktoru KMPB nümayəndəsi Karolin Martindir, maliyyə xərcləri isə Norveç höküməti tərəfindən ödənilir.

Xatırladaq ki, işçi qrupun ikinci iclasının yekunlarına görə (Bakı, 8-9 fevral 2006-cı il) onun rəhbərliyi seçilib. Tahir Quliyev qrupun rəhbəri, Gülnaz Salamova, Şəmistan Yusifov və Ramil Mustafayev isə onun müavinləri seçiliblər.

İşçi qrupun rəhbərləri artıq 23-24 fevral 2006-cı ildə Strasburqda keçirilmiş Avropa Şurası KMPB-nin yığıncağına dəvət olunmuşdular.

Xəbər lenti

Xəbər lenti