...

Fazil Qəzənfəroğlu: "Müxalifət deputat qrupunun işindən narazıyıq"

Siyasət Materials 28 İyun 2006 13:38 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən müxalifət deputat qrupunun işindən narazıyıq. Trend xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, Milli Məclisdə fəaliyyət göstərən müxalifət deputat qrupunda Aynur Camalqızı ilə yanaşı beş müxalifət partiya rəhbəri təmsil olunur.

F.Qəzənfəroğlu bildirib ki, deputat qrupunun fəaliyyətinin zəifliyi iclasların mütəmadi keçirilməməsi və bir sıra təkliflərin reallaşdırılmaması olub. Millət vəkili onu da bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji məsələlər üzrə katibi Fəzail İbrahimli də müxalifət deputat qrupunda təmsil olunacaq.

Onu da qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı da müxalifət deputat qrupunun fəaliyyətindən narazı qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti