...

Azərbaycanın xarici işlər naziri Qazaxıstan səfirini qəbul edib

Siyasət Materials 28 İyun 2006 19:16 (UTC +04:00)

İyunun 28-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Qazaxıstan səfiri Andar Şukputovun görüşü keçirilib. Trend agentliyi Qazaxıstan XİN-inə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi, Qazaxıstan və Azərbaycan rəhbərlərinin səfərlərinin yekunları üzrə əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsi məsələləri müzakirə olunacaq.

Xüsusilə, ticari-iqtisadi əməkdaşlığın və son iclası apreldə Bakıda keçirilmiş hökumətlərarası komissiyanın fəaliyyətinin fəalaşdırılması vacibliyi qeyd olunub. Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparıb.

Azərbaycanın xarici işlər nazirinə Qazaxıstanlı həmkarının şəxsi məktubu təqdim olunub ki, burada Azərbaycan tərəfinə Qazaxıstanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlər Müşavirəsini (AQFETM) çığırmaq təşəbbüsünü dəstəklədiyi üçün minətdarlıq bildirilib. Qeyd olunub ki, prezident İ.Əliyevin AQFETM-nin 2-ci zirvə görüşündə iştirakı Azərbaycan rəhbərliyinin inteqrasiya prosesləri və regional təhlükəsizliyin gücləndirilməsində maraqlı olduğuna sübutdur.

Səfir E.Məmmədyarovu Bakıda İKT ölkələri xarici işlər nazirlərinin 33-cü iclasının uğurlu keçirilməsi münasibətilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti