...

Azərbaycan və Misir gələcək əməkdaşlığın perspektivlərini müəyyən edib

Siyasət Materials 1 İyul 2006 13:06 (UTC +04:00)

Azərbaycan və Misir ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. XİN-dən Trend ə verilən məlumata əsasən, bu haqda razılıq nazirliklər arasında Bakıda keçirilən məsləhətləşmələr zamanı əldə olunub.

Məsləhətləşmələr Azərbaycanın xarici işlər naziri müavini Xələf Xələfovun və Misirin xarici işlər nazirinin Avropa ölkələri üzrə müavini Fatimə Əl Zəhra Etmanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilib.

Misirli qonaq ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən, İKT və BMT çərçivəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, beynəlxalq və regional xarakterli məsələləri nəzərdən keçirib, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasına toxunub.

Tərəflər həmçinin iqtisadiyyat, ticarət, elm, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi vacibliyini qeyd edərək, müqavilə -hüquq bazasının möhkəmləndirilməsi, Bakı ilə Qahirə arasında birbaşa hava əlaqəsinin yaradılması vacibliyini vurğulayıb. Məsləhətləşmələr zamanı Avropa Birliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti