...

Fövqəladə Hallar Nazirliyi nəzdində kineloji xidmət yaradılacaq

Siyasət Materials 3 İyul 2006 15:24 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) nəzdində kineloji xidmət yaradılacaq. Bu barədə Trend ə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Dağıntıların, qar uçqunlarının altında axtarış aparmaq üçun təlim keçmiş itlərlə işləyən xüsusi xidmətin yaradılmasında yerli mütəxəssislərə rusiyalı həmkarları kömək edəcəklər.

Bundan əlavə, Azərbaycana xilasetmə texnikasının, o cümlədən ekoloji yanğınların qarşısının alınması, çoxmərtəbəli binalarda qəzaların aradan qaldırılması üçün aviasiya texnikasının gətirilməsi də planlaşdırılıb.

FHN həmçinin Bakıətrafı ərazilərdə neftdən çirklənmiş torpaqların təmizlənməsinə dair pilot layihənin həyata keçirilməsini planlaşdırıb. Belə ki, neft sənayesinin sürətlə inkişafı, bu sahədə müasir texnologiyalardan geniş istifadə olunması mümkün texnogen qəzaların qarşısını çevikliklə ala bilən xilasetmə dəstələrinin yaradılmasını labüd edir.

Xəbər lenti

Xəbər lenti