...

Bakıda Melanj layihəsi üzrə beynəlxalq simpozium keçirilir

Siyasət Materials 3 İyul 2006 16:44 (UTC +04:00)

NATO gələcəkdə də keçmiş sovet ordusundan qalmış raket yanacağının utilizasiyası məsələsi üzrə Azərbaycan hökümətinə yardım etməyə hazırdır. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün NATO nümayəndəsi professor Volfanq Spira Azərbaycanda bu gün başlanmış NATO həftəsi çərçivəsində Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) tərəfindən təşkil olunmuş beynəlxalq tematik simpoziumda bildirib.

NATO və Azərbaycan ekspertləri ilə yanaşı, tədbirdə həmçinin oxşar problemlə qarşılaşmış 50 ölkə eksperti, xüsusilə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Gürcüstan ekspertləri də iştirak edirlər.

Azərbaycan MEA-nın prezidenti Mahmud Kərimov, professor Volfanq Spira və NATO ekspertləri MDB-nin bir sıra ölkələrində, həmçinin Azərbaycanda raket yanacağının mövcudluğunun təhlükəli olduğunu qeyd ediblər. Onların sözlərinə görə, bu, hər an ekoloji faciəyə səbəb ola bilər. Simpoziumda alimlər Melanj raket yanacağının neytrallaşdırma məsələlərini müzakirə ediblər.

İyulun 4-də Ələt qəsəbəsində Melanjın utilizasiyası üzrə zavodun açılışı simpoziumun davamı olacaq. Zavod Azərbaycan hökümətinin NATO ilə birgə layihəsi çərçivəsində tikilib.

Xəbər lenti

Xəbər lenti