...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsasını Azərbaycan və Ermənistan prezidentləri deyil, XİN başçıları arasındakı danışıqlar təşkil edir"

Siyasət Materials 4 İyul 2006 14:06 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsasını Azərbaycan və Ermənistan prezidentləri deyil, XİN başçıları arasındakı danışıqlar təşkil edir"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin əsasını hər iki ölkə başçılarının deyil, xarici işlər nazirlərinin məsləhətləşmələri təşkil edir. Bu barədə Trend ə Azərbaycan XİN-nin Mətbuat və İnformasiya Siyasət İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sonuncu bəyanatından təəccübləndiyini bildirib. Qeyd edək ki, bu bəyanatda həmsədrlər təşəbbüsü əllərinə almaq üçün prezidentlərin görüşməsi zəruriliyini qeyd edir. "Ancaq hamımıza yaxşı məlumdur ki, danışıqlar prosesinin əsasını XİN başçıları arasında əlaqələr və danışıqlar təşkil edir. Onlar bütün məsələləri müzakirə etməli, gələcəkdə prezidentlərin mümkün görüşü və müzakirələr üçün əsas yaratmalıdır", - deyə T.Tağızadə bildirib.

Bununla yanaşı o, Minsk Qrupu həmsədrləri və münaqişənin mərhələli həllinin tərəfdarı olan rəsmi Bakının bəyanatda öz əksini tapmış yanaşmalarının eyniliyini diqqətə çatdırıb. Belə ki, əvvəlcə Azərbaycanın işğal olunmuş bütün əraziləri boşaldılır, erməni silahlı qruplaşmaları bu torpaqlardan çıxarılır, ərazilər minalardan təmizlənir, məcburi köçkünlər öz evlərinə qayıdır, onların təhlükəsizliyi təmin olunur, kommunikasiya bərpa edilir və s. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu əhalisinin müharibədən əvvəlki tərkibi bərpa olunduqdan sonra isə regionun hər iki icmasının təhlükəsizliyi təmin olunacaq. Demokratik və qanuni proses, AR Konstitusiyası və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkündür.

T.Tağızadə Ermənistan XİN başçısı Vardan Oskanyanın sonuncu bəyanatından da təəccübləndiyini bildirib. Müzakirələr üçün əsasın hamıya yaxşı məlum olmasına baxmayaraq Ermənistan tərəfi hər dəfə müzakirələr üçün hansısa yeni əsas, baza axtarmaqda davam edir", - deyə T.Tağızadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti