...

Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib

Siyasət Materials 5 İyul 2006 19:24 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 5-də Prezident sarayında Gürcüstanın baş naziri Zurab Noqaidelini qəbul edib. Trend xəbər verir ki, Gürcüstanın baş naziri ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Baş nazir hər iki ölkənin iqtisadi əlaqələrinin təkcə neft sektorunda deyil, digər sahələrdə də inkişafı üşün yaxşı potensialın olduğunu qeyd edərək, Azərbaycanla Gürcüstan iqtisadi əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Gürcüstanın baş nazirinin ölkəmizə səfərinin müxtəlif iqtisadi layihələr barədə müzakirələrin aparılması üşün yaxşı imkan yaratdığını qeyd edib. Prezident ölkələrimizin qlobal enerji layihələrinin həyata keşirilməsi işində əməkdaşlığının iqtisadi əlaqələrimizin daha da genişlənməsi işinə xidmət etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti