...

Baş nazir: Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

Siyasət Materials 6 İyul 2006 18:12 (UTC +04:00)

Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, baş nazir Artur Rəsizadə iyulun 6-da Bakıda Rusiyanın Çelyabinsk vilayətinin qubernatoru Valentin Buravlyovu qəbul edərkən bildirib.

Hökumət başçısının sözlərinə görə, Azərbaycan-Rusiya ikitərəfli əlaqələri təkcə federal deyil, həm də regional səviyyədə uğurla inkişaf edir. A.Rəsizadə qonaqları Ermənistan-Azərbaycan münaqişəsi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, Bakının sülh səyləri barədə məlumatlandırıb.

V.Buravlyov baş naziri Azərbaycanın müxtəlif dövlət strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlər, imzaladığı sədənlər haqqında məlumatlandırıb. O, Azərbaycanla Çelyabinsk vilayəti arasında əlaqələrin gələcək inkişafına əminlik ifadə edib.

Xəbər lenti

Xəbər lenti