...

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" prezident fərmanına düzəlişlər edilib

Siyasət Materials 7 İyul 2006 13:13 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli 787 saylı prezident fərmanına düzəlişlər edilib. Düzəlişlər haqqında sərəncam 6 iyul 2006-cı ildə imzalanıb və iyulun 7-də qüvvəyə minib.

Bu sənədə düzəlişlərin edilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasını və həmin obyektlərin beynəlxalq standartlara uyğun fəaliyyətini təmin etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 37-ci bənd əlavə edilir: Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti