...

Bakı Nəqliyyat Departamenti Nəqliyyat Nazirliyinin tərkibinə daxil olub

Siyasət Materials 8 İyul 2006 11:45 (UTC +04:00)
Bakı Nəqliyyat Departamenti Nəqliyyat Nazirliyinin tərkibinə daxil olub

Azərbaycan prezidenti İlham Əliyev Bakı Nəqliyyat Departamentini ləğv edərək onun tabeçiliyində olan müəssisələri Nəqliyyat Nazirliyinin ixtiyarına verib.

Trend agentliyinin məlumatına əsasən, sərəncamda deyilir: "Azərbaycan prezidentinin 10 iyun 2003 tarixli 880 saylı sərəncamı ilə təsdiqlənmiş "Nəqliyyat Nazirliyi haqqında əsasnamə"yə müvafiq olaraq Nəqliyyat Nazirliyi yol-nəqliyyat kompleksi sahəsində vahid dövlət siyasətini həyata keçirən mərkəzi orqandır və Bakıda sərnişin daşımanın təşkili və nizamlanmasında paralelliyin aradan qaldırılması, idarəetmə sisteminin təklmilləşdirilməsi, eləcə də həmin sahəhə keçirilən islahatların səmərəliyinin artırılması məqsədilə qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti ləğv edilərək onun tabeçiliyindəki müəssisə və təşkilatlar əmlakı ilə birlikdə Nəqliyyat Nazirliyinə verilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn bütün məsələləri həll etsin".

Xəbər lenti

Xəbər lenti