...

Adı İrkutskda baş vermiş təyyarə qəzasının qurbanları siyahısında olan Azərbaycan vətəndaşı Atəş Rüstəmov sağdır

Siyasət Materials 10 İyul 2006 14:19 (UTC +04:00)
Adı İrkutskda baş vermiş təyyarə qəzasının qurbanları siyahısında olan Azərbaycan vətəndaşı Atəş Rüstəmov sağdır

Adı İrkutskda A-310 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların siyahısına daxil edilmiş Azərbaycan vətəndaşı Atəş Rüstəmov sağdır. Trend in Moskvadakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə Rusiya FHN və "Sibir" aviaşirkəti tərəfindən yaradılmış operativ qərargahdan məlumat verilib.

Rüstəmov Atəş İsmayıl oğlu 1976-cı ildə Sumqayıtda anadan olub və Ulan-udedə (Buryatiya) yaşayır. Onun Azərbaycan vətəndaşı olmasını isə Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional şöbəsindən təsdiqləyiblər. Onlar A.Rüstəmovun özü ilə əlaqə saxlayıblar. O bildirib ki, təyyarənin arxa hissəsində oturduğundan təyyarədən birinci çıxa bilib. Yaralanmayıb və evə getməyə hazırlaşır. O, İrkutskdan Ulan-udeyə uçmaq istəyirdi. A.Rüstəmov qeyd edib ki, Azərbaycan vətəndaşı kimi adı müvəqqəti olaraq operativ qərargahın siyahılarında olan İvinskaya Natalya Viktorovna barədə heç bir məlumatı yoxdur.

Qərargahdan o da bildirilib ki, N.İvinskaya yaralıdır və İrkutsk vilayətində kliniki xəstəxanadadır. Qərargahda N.İvinskayanın həqiqətən də Azərbaycan vətəndaşı olub-olmaması məlum deyil və bildirilib ki, siyahıda onun soyadının qarşısında məhz Azərbaycan yazılıb.

Xəbər lenti

Xəbər lenti