...

Heydər Əliyev adına terminalın girişində Azərbaycanın sabiq prezidentinin portreti vurulub

Siyasət Materials 11 İyul 2006 15:46 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin açılış mərasimi iyulun 13-də Bakı saatı ilə 14.30-dan 16.30-a qədər davam edəcək. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, açılış mərasiminin keçiriləcəyi 270 nəfərlik çadırın həddindən artıq qızmasının qarşısını almaq üçün çadır tankerlərin yüklənməsini müşahidə etməyə imkan verən xüsusi şəffaf brezentlə örtülüb. Çadırın quraşdırılması yalnız iyulun 12-də axşam başa çatacaq.

Terminalın girişində BTC layihəsinin reallaşdırılmasında mühüm rolu olan Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin portreti vurulub. Son hesablamalara görə hazırlıq işlərinə artıq 3,5 milyon ABŞ dolları xərclənib.

Adana şəhərinin bütün mehmanxanalarındakı yerlər tutulub. Qeyd edək ki, cümə axşamı iyulun 13-də mərasim iştirakçıları İstanbul və Ankaradan Adanaya gələcəklər. O cümlədən, dövlət başçıları NATO-nun "İncirlik" hərbi bazasına xüsusi təyyarələrdə gələcək, sonra isə zirehli mühafizə dəstəsinin müşayiəti altında Ceyhandakı Heydər Əliyev adına terminalına gələcəklər.

Qalan qonaqlar "Boeing-737" tipli 6 təyyarədə Adana şəhərinin yaxınlığında yerləşən Şakirpaşa aeroportuna gələcək, sonra isə avtobuslarla mərasim yerinə yollanacaqlar. Adana-Ceyhan yolu iyulun 12-13-də müvəqqəti olaraq nəqliyyat üçün bağlı olacaq.

Xəbər lenti

Xəbər lenti