...

Vladimir Putin: Son illər Rusiya ilə Azərbaycan arasında etimadın səviyyəsi artıb

Siyasət Materials 11 İyul 2006 20:00 (UTC +04:00)
Vladimir Putin: Son illər Rusiya ilə Azərbaycan arasında etimadın səviyyəsi artıb

Rusiya prezidenti Vladimir Putin son illər Rusiya ilə Azərbaycan arasında etimad səviyyəsinin artığını və yaxın vaxtlarda Moskvada Azərbaycanlı həmkarı İlham Əliyevlə qeyri-rəsmi görüşəcəyinə ümidvar olduğunu bildirib.

"Son illər həm etimad səviyyəsinin artıması, həm də təkcə energetika deyil, müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin inkişafı baxımından Rusiya-Azərbaycan münasibətlərində çoxlu dəyişikliklər baş verib" - deyə V.Putin Bakıya yola düşəcək Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovu qəbul edərkən vurğulayıb.

"İnterfaks" xəbər verir ki, V.Putin "səfirdən bu meyli təkcə iqtisadiyyatda deyil, humanitar sahələrdə də dəstəklənməsini" istəyib.

Xəbər lenti

Xəbər lenti