...

"Azadlıq" Bloku bələdiyyə seçkilərində iştirak edən üzvlərini müəyyənləşdirmək üçün MSK-ya müraciət edib

Siyasət Materials 12 İyul 2006 12:30 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan partiyaların üzvlərindən bələdiyyə seçkilərində iştirak edənləri müəyyənləşdirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət olunub. Bu barədə Trend ə "Azadlıq" Blokundan məlumat verilib.

Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli bildirib ki, MSK-ya müraciət edərək bu partiyaların üzvləri olan namizədlərin siyahısını istəyiblər. Həmçinin həmin şəxslərin hansı dairələrin ərazisindən, hansı bələdiyyələrə namizədliyini irəli sürdüklərini soruşublar. N.Məmmədlinin sözlərinə görə, MSK-dan hələlik onların sorğusuna cavab verilməyib. Sədr müavini qeyd edib ki, "Azadlıq" blokunun ümumi qərarına əsasən, bələdiyyə seçkilərində iştirak edən üzvlər partiya sıralarından kənarlaşdırılacaqlar. "AXCP-də partiyanın qərarını pozmağa meyllilik yoxdur, amma ola bilər ki, bələdiyyələrə namizədliyini verən həmin şəxslər ya keçmiş hərəkatçılardandır, buna görə özünü AXCP üzvü kimi təqdim edirlər, ya da partiyanın adından istifadə edib bəhrələnmək istəyirlər. "Azadlıq" blokuna daxil olan partiyalar bu siyahını müəyyənləşdirdikdən sonra həmin şəxsləri partiya üzvlüyündən xaric edəcəklər".

Xəbər lenti

Xəbər lenti