...

Azərbaycanda təxminən 600 xarici vətəndaş Əhalinin Dövlət Sosial Müdafiə Fondunda uçota alınıb

Siyasət Materials 12 İyul 2006 15:40 (UTC +04:00)
Azərbaycanda təxminən 600 xarici vətəndaş Əhalinin Dövlət Sosial Müdafiə Fondunda uçota alınıb

Hazırda Əhalinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycanda işləyən təxminən 600 xarici vətəndaş vətəndaşların şəxsi uçot sistemində qeydə alınıb və onlara sosial sığorta haqqında vəsiqə verilib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, fondun rəhbəri Səlim Müslimov bildirib. "Gələcəkdə bu rəqəm sürətlə artacaq" - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu, əsasən neft müqavilələri əsasında işləyən şirkət əməkdaşlarına aiddir. Hazırda bütün neft müqavilələri üzrə əməkdaşların müəyyənləşdirilməsi prosesi gedir, lakin şərtlər müqavilələrdən asılı olaraq fərqlidir.

"Elə müqavilələr var ki, burada podratçı və subpodratçı şirkətlərdə xarici vətəndaşlar sosial sığortadan azaddır" - deyə S.Müslimov vurğulayıb.

"Mən bu yaxınlarda hüquqi məsələlərlə bağlı BP-nin vitse-prezidentilə görüşmüşəm. Bu şirkətin podratçı və subpodratçı şirkətlərində çoxlu xarici vətəndaş var. Məsələnin həllindən sonra bu, digər müqavilələrə də tədbiq olunacaq" - deyə fondun rəhbəri əlavə edib.

"Müqaviləsində bu sistemin yalnız podratçılara tətbiq edilməsi mümkünlüyü qeyd olunan şirkətlərdə bu, podratçılara tədbiq olunacaq. Əgər müqavilədə bu sistemin həm podratçı, həm də subpotratçıya tədbiqi mümkünlüyü qeyd olunubsa, bu hər iki kateqoriyaya tədbiq olunacaq" - deyə S.Müslimov bildirib.

Xəbər lenti

Xəbər lenti