...

Avropa qonşuluq siyasəti çərçivəsində Fəaliyyət proqramı üzrə Aİ və Azərbaycan arasındakı danışıqların üçüncü raundu Bakıda keçiriləcək

Siyasət Materials 13 İyul 2006 13:28 (UTC +04:00)

Avropa qonşuluq siyasəti (AQS) çərçivəsində Fəaliyyət proqramı üzrə Aİ və Azərbaycan arasındakı danışıqların üçüncü raundu iyulun 17-18-də Bakıda keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Benilüks və Aİ ölkələrindəki səfiri Arif Məmmədov xəbər verib.

Danışıqlarda Aİ missiyasına Avropa komissiyasının xarici əlaqələr üzrə Baş direktorluğunun baş direktor müavini Fokion Fotiadis (Fokion Fotiadis) başçılıq edəcək. Azərbaycan tərəfinə isə danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək.

Sənədin layihəsi ilk dəfə dekabr ayında Bakıda müzakirə edilib, danışıqların ikinci raundu isə martın 7-də Brüsseldə keçirilib. Məsləhətləşmələrin növbəti raundu mayın 15-də Bakıda olmalı idi, lakin bu məsləhətləşmə başqa günə keçirildi.

Sənədlər Aİ-Azərbaycan əməkdaşlığı üzrə Şuranın noyabr iclasına qədər razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti