...

Türkiyədə BTC neft kəmərinin istismara verilməsinə görə bayram ərəfəsində yüksək təhlükəsizlik tədbirləri görülüb

Siyasət Materials 13 İyul 2006 13:57 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan /BTC/ neft kəmərinin rəsmi şəkildə istismara verilməsi münasibətilə bu günkü bayram tədbiri ərəfəsində Türkiyənin cənub-şərqindəki Adana limanında yüksək təhlükəsizlik tədbirləri görülüb. İstanbuldan BBC-nin İncirlik Amerika-türk bazasına gəldikdən sonra 32 ölkənin dövlət və hökümət başçısı dünyada ən böyük neft terminalına çevrilən Ceyhan limanına getmək üçün xüsusi zirehli maşınlarda 100 kilometrlik yol keçəcəklər.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Ceyhanda müasir materiallardan - şüşə və poladdan böyük çadır quraşdırılıb. Çadır kondisionerlərlə təchiz olunub, burada amfiteatr formasında konfrans-zal var. 13:30-da BTC boru kəmərinin rəsmi açılış mərasimi olacaq. Bu kəmər vasitəsilə Bakı nefti 1774 km keçərək, Ceyhan anbarına daxil olacaq. "Çadır"ın divarları şəffaf olduğundan, qonaqlar 25 may 2005-ci ildə BTC neft kəmərinin ilk dəfə istismara verilməsindən sonra səkkizinci tankerin "yüngül" Azərbaycan nefti ilə dolma prosesini müşahidə edəcəklər. İyul ayında Ceyhanda 6,6 milyon barel neftin yüklənməsi planlaşdırılır.

Mütəxəssislərin hesablamalarına görə, 2006-cı ilin sonuna qədər BTC magistralı ilə sutkada 500 min barel neft ixrac olunacaq. "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində hasilatın artırılmasından sonra 2008-ci ildə BTC tam gücü ilə (sutkada 1 milyon barel və ya ildə 50 milyon ton) işləyəcək.

Mərasimdə Türkiyə prezidenti Əhməd Necdət Sezər, Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili çıxış edəcəklər. Prezidentlərin çərşənbə günü İstanbulda keçirilən görüşündə neft tədarüklərinin artırılması, həmçinin transmilli Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikinti məsələsinə toxunulub.

Sezərin qeyd etdiyi kimi, BTC layihəsinin həyata keçirilməsi bölgədə sülhün və siyasi-iqtisadi sabitliyin təminatında böyük rol oynayır. Avropa və Asiyanın qovuşağunda yerləşən və enerji daşıyıcılarının beynəlxalq bazarlara nəqlini həyata keçirən Türkiyə də bu işdə böyük kömək göstərir.

Xəbər lenti

Xəbər lenti