...

Məzahir Pənahov: "Bələdiyyə seçkisində lazımi tələblərə cavab verən partiyalara ödənişsiz təbliğat imkanı yaradıla bilər"

Siyasət Materials 13 İyul 2006 17:04 (UTC +04:00)
Məzahir Pənahov: "Bələdiyyə seçkisində lazımi tələblərə cavab verən partiyalara ödənişsiz təbliğat imkanı yaradıla bilər"

Bu il oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərində də seçicilərin barmaqlarının mürəkkəblənməsi üçün şəffaf mürəkkəbdən istifadə olunacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, ötən seçkilərdən sonra ehtiyatda mürəkkəb qalıb, lakin yenə də sifariş ediləcək. Seçkilərin müşahidəçiliyinə gəldikdə isə, M.Pənahov deyib ki, beynəlxalq müşahidəçilər hələ ki, dəvət olunmayıb, seçki gününə hələ müəyyən qədər vaxt qaldığı üçün MSK tələsmir: "Vaxtı çatanda biz benəlxalq təşkilatlara, əməkdaşlıq etdiyimiz ölkələrin MSK-larına öz müraciətlərimizi göndərəcəyik. Bələdiyyə seçkilərində də müşahidəçilər iştirak edəcəklər və bu sahədə problem olmayacaq".

MSK sədri onu da deyib ki, bələdiyyə seçkilərində iştirak edən namizədlərə təbliğat-təşviqat üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrıla bilər: "Çünki əvəlki seçkidə namizədlərə vəsait ayrılmışdı. Amma bu məsələni Maliyyə Nazirliyi həll edir. Mənim fikrimcə, bununla da bağlı problem olmayacaq".

MSK sədri deyib ki, seçkidə iştirak edən namizədlərin KİV-lərdə ödənişsiz təbliğat aparması isə başqa prinsiplərlə tənzimlənir. Onun sözlərinə görə, ödənişsiz təbliğat əsas seçkilərdə olur. Yəni, 60-dan çox dairədə namizədləri olan siyasi partiyalar və partiyalar blokuna ödənişsiz təbliğat imkanları verilir: "Biz gözləyirik ki, bu proses hələ davam etsin, namizədlər irəli sürülsün. Sonda bəlli olacaq ki, hansı partiyanın seçkidə nə qədər namizədi var. Bundan sonra MSK ödənişsiz təbliğatın aparılması məsələsinə baxacaq. Bu tələblərə cavab verən partiyalara bələdiyyə seçkilərində ödənişsiz təbliğat imkanı yaradıla bilər. Bələdiyyə seçkiləri lokal seçki olduğundan təbliğat-təşviqat kampaniyasının daha çox namizədin öz dairəsi daxilində əhəmiyyəti var"-deyə MSK sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti