...

Azərbaycanın sabitlik və inkişafı – Qafqazın sabitlik və inkişafı deməkdir

Siyasət Materials 14 İyul 2006 19:22 (UTC +04:00)
Azərbaycanın sabitlik və inkişafı – Qafqazın sabitlik və inkişafı deməkdir

Azərbaycanın sabitlik və inkişafı - Qafqazın sabitlik və inkişafı deməkdir. Trend in verdiyi xəbərə görə, bu barədə iyulun 14-də Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə keçirilmiş ikitərəfli görüşlərin yekunları üzrə brifinqdə Yaponiyanın xarici işlər nazirinin müavini Akino Yamanaka bəyan edib.

O bildirib ki, Yaponiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Diplomat Azərbaycanda gedən demokratikləşmə, həmçinin bazar münasibətlərinə keçid prosesini yüksək qiymətləndirib. Diplomatın qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının inkişafı üçün neft və qeyri-neft sektorunun paralel surətdə inkişaf etməsi lazımdır. "Biz kadr hazırlığı məsələsində hökümətə texniki yardım göstərməyə hazırıq". Bu məsələ Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovla görüş zamanı diqqət mərkəzində olub.

Regional və beynəlxalq xarakterli məsələlər, həmçinin iqtisadi əməkdaşlığın inkişafı Yaponiyanın nazir müavininin baş nazir Artur Rəsizadə, baş nazir müavini Abid Şərifov, XİN başçısı Elmar Məmmədyarov və prezident aparatının şöbə rəisi Novruz Məmmədov ilə görüşləri zamanı müzakirə edilib.

A.Yamanakanın qeyd etdiyi kimi, forumda prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı bağlanmış ikitərəfli sazişin reallaşma templərinin tezləşdirilmə məsələləri üzrə razılıq əldə olunub. Yapon tərəfi iqtisadi əməkdaşlığı genişləndirməyə, Azərbaycanda yeni layihələr reallaşdırmağa hazırdır. "Yeni iqtisadi imkanların aşkara çıxarılması məqsədi ilə yaxın vaxtda iki ölkənin iş adamlarının iştirakı ilə iqtisadi konfransın keçirilməsi planlaşdırılır", - deyə A.Yamanaka bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən, nazir müavini bildirib ki, Yaponiya Azərbaycan və Ermənistan arasındakı danışıqlar proesini yüksək qiymətləndirir və münaqişənin sülh yolu ilə həll olunacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti