...

MSK sədri: "Azərbaycanda 5 ildən artıq yaşayan əcnəbilərin səsvermədə iştirakı ilə bağlı XİN-ə müraciət olunub"

Siyasət Materials 15 İyul 2006 12:55 (UTC +04:00)

Azərbaycanda 5 ildən artıq yaşayan əcnəbi vətəndaşların səsvermədə iştirakını təmin etmək üçün onların siyahısı hazırlanır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə əsasən, ölkəmizdə 5 ildən artıq yaşayan əcnəbi vətəndaşlar səsvermə hüququna malikdirlər. Amma bir şərtlə ki, onların vətəndaşı olduğu ölkələrdə də eynilə azərbaycanlıların səsvermə hüququ olsun. Belə olduqda əcnəbilər səsvermədə iştirak edə bilərlər. Bununla əlaqədar MSK Azərbaycanın Xarici İşlər Nazirliyinə araşdırma aparılması üçün müraciət edib.

"Mən Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamışam ki, Azərbaycanda 5 ildən artıq yaşayan əcnəbilərin siyahısını hazırlayıb bizə təqdim etsin. Nazirlik hazırda bu işlə məşğul olur və bizə cavablar verilir. MSK da hazırda bu siyahını müəyyənləşdirməklə bağlı iş aparır"-deyə MSK sədri qeyd edib. M.Pənahovun sözlərinə görə, hansı ölkələrdə azərbaycanlıların səsvermə hüququnun olub-olmadığını MSK-ya məlum deyil. O, əlavə edib ki, bir sıra Avropa ölkələrinin Seçki Məcəlləsində bizdəki kimi tələblər yoxdur.

Xəbər lenti

Xəbər lenti