...

Rusiya hərbi yüklərin Gürcüstandan vaxtında nəqlinə görə Azərbaycana öz minnətdarlığını bildirib

Siyasət Materials 17 İyul 2006 17:18 (UTC +04:00)

Rusiya hərbi yüklərin Gürcüstandan vaxtında nəql edildiyinə görə Azərbaycana minnətdardır. Bu barədə Tbilisidəki görüşdən bir gün əvvəl Zaqafqaziyada Rusiya qoşunları qrupunun komandanı general-mayor Andrey Popov Azərbaycanın Gürcüstandakı səfirlik nümayəndələrinə bildirib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend ə verilən xəbərə görə, görüşdə RF Quru qoşunlarının sülhməramlı qüvvələr üzrə baş komandanının müavini general-leytenant Valeri Yevneviç də iştirak edib. Rusiya tərəfi Axalkalakidəki bazadan hərbi yüklərin öz ərazisindən keçməsində göstərdiyi köməyə görə Azərbaycan hökümətinə öz minnətdarlığını bildirib. A.Popov qeyd edib ki, Azərbaycan Gürcüstandakı Rusiya hərbi bazasından silah çıxarma məsələsində ən etibarlı tərəfdaşdır.

A.Popov həmçinin ümid edir ki, gələcəkdə Gürcüstandakı hərbi bazalardan, o cümlədən 12-ci Batumi bazasındakı Rusiya silahları Azərbaycandan keçməklə nəql olunacaq.

Xəbər lenti

Xəbər lenti