...

AXCP-nin yenidən yaradılması ilə bağlı təşəbbüs qrupu yaradılıb

Siyasət Materials 17 İyul 2006 18:05 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yenidən yaradılması ilə bağlı təşəbbüs qrupu yaradılıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 17-ci ildönümü ilə bağlı iyulun 17-də Azadlıq Hərəkatçılar Birliyi tərəfindən təşkil olunan tədbirdə iştirak edən AXCP sədrinin sabiq müşaviri Ramiz Tağıyev bildirib.

Qeyd edək ki, R.Tabıyev 2005-ci ilin avqust ayında AXCP-də tutduğu vəzifəsindən uzaqlaşıb. R.Tağıyev bildirib ki, AXCP-nin 60 faizi onun tutduğu mövqeyi dəstəkləyir: "Hazırda partiyanın yenidən qurulması ilə bağlı təşəbbüs qrupunu yaratmışıq. Təşkilatımız gücləndikdən sonra mediaya geniş məlumat verəcəyik". R.Tağıyev onu da vurğulayıb ki, yeni təşkil olunacaq AXCP-nin maliyyəsi partiya üzvlərindən toplanan üzvlük haqqı hesabına formalaşacaq.

R.Tağıyev AXCP-nin ünvanına da bir sıra ittihamlar da söyləyib.

Xəbər lenti

Xəbər lenti